Dünyada fırtına qoparan `S5` Azərbaycanda necə satılır?

Dünyada fırtına qoparan `S5` Azərbaycanda necə satılır?
  14 Aprel 2014    Oxunub:2693
Samsung Galaxy S5 telefonları 125 ölkədə eyni vaxtda satışa çıxarılıb. Cənubi Koreya şirkətinin yaydığı məlumata görə, Galaxy S5 satışa çıxdığı ilk gün S4 modeli ilə müqayisədə daha çox satılıb.
Telefonun satışa çıxarıldığı gün, yəni 11 apreldə bir çox ölkədə telefon mağazalarında sıxlıq yaranıb.

Galaxy S4 telefonları satışa çıxan zaman bir ay ərzində 10 milyon telefon satmağı planlaşdıran Samsung şirkəti buna yalnız 3 aydan sonra nail ola bilmişdi. Amma şirkət bu dəfə əmindir ki, Galaxy S5 bir ay ərzində 10 milyon adam tərəfindən alınacaq.

Daxili yaddaşı 16 GB və 32 Gb olmaqla iki modellə istifadəçilərə təqdim olunan Galaxy S5 Azərbaycanda da 11 aprel tarixindən satışa çıxıb.

Telefon satış mağazası “İrşad Telecom”un operatoru Orxan Cəfərov AzVision.az-a açıqlamasında bildirib ki, telefona maraq az deyil: “Satışa başladığımız gündən etibarən alıcılar var. Demək olar ki, gün ərzində 3-4 telefon satılır”.

Galaxy S5-lə S4-ün alıcı sayındakı fərqlərə gəlincə isə operator bildirib ki, bu barədə statistikanı yalnız bir aydan sonra müəyyənləşdirmək olar.

“World Telecom” mağazasının marketinq üzrə mütəxəssisi Səbinə Zabirzadə də qeyd edib ki, S5-in kifayət qədər alıcısı var: “Alıcıların marağı normaldır. S4-ü alanlardan az deyil. Amma dəqiq statistic rəqəmi bir aydan sonra vermək olar”.

Qeyd edək ki, S5-in Azərbaycanda satış qiyməti 659 manatdır.

Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti