Müharibə nəticəsində Ukraynada 158 uşaq həlak olub

   Müharibə nəticəsində Ukraynada 158 uşaq həlak olub
  02 Aprel 2022    Oxunub:1048
Bu günə qədər Rusiya-Ukrayna müharibəsi nəticəsində 412 uşaq zərər çəkib ki, onlardan 158-i ölüb, 254-dən çoxu yaralanıb.
AzVision.az Ukrinforma istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Facebook-da məlumat yayıb.

"Bu məlumatlar yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlər, xüsusilə, Mariupol şəhərində, Kiyev, Çerniqov və Luqansk vilayətlərinin müəyyən ərazilərində işlər davam etdirilir", - deyə hesabatda qeyd edilib.

Kiyev Şəhər Dövlət Administrasiyasının “Telegram”da yaydığı məlumata görə, müharibə başlayandan bu günə qədər şəhərdə 154 yaşayış binası, 20 şəxsi mülk, 27 uşaq bağçası və 44 məktəb zərər görüb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti