Papa Kiyevə gedə bilər: Səfər təklifi nəzərdən keçirilir
"Ansa"nın yazır ki, jurnalistlər pontifik Maltaya gələrkən onun Ukraynaya səfər təklifini nəzərdən keçirib-keçirməməsini soruşublar. O isə "Bəli, bu dəvət masanın üstündədir" deyib.
Qeyd edək ki, martın ortalarında Roma Papası Fransiskin Kiyev meri Vitali Kliçkodan məktub aldığı və məktubda onu Ukraynanın paytaxtına səfərə dəvət edildiyi deyilirdi. Əgər belə bir səfər mümkün görünməyəcəyi təqdirdə, mer Roma Papası Fransisi Vatikan və Kiyev arasında keçiriləcək xüsusi videokonfransda iştirak etməsini təklif etmişdi.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


