İtaliyada Rusiyaya məxsus 3 milyonluq yaxtaya həbs qoyuldu

   İtaliyada Rusiyaya məxsus    3 milyonluq yaxtaya həbs qoyuldu
  02 Aprel 2022    Oxunub:859
İtaliyanın İmperiya şəhərinin gömrük və liman idarələri Rusiyaya bağlı və dəyəri 3,3 milyon avrodan çox olan “New Vogue” yaxtasına həbs qoyublar. AzVision.az xəbər verir ki, bu baədə İtaliyanın Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilir ki, həbs qərarı İmperiya prokurorluğu tərəfindən martın əvvəlində başlayan intensiv məhkəmə və polis araşdırmalarından sonra qəbul edilib. Bu müddət ərzində uzunluğu 30 metrdən çox olan yaxta limandan çıxmaması üçün nəzarət altında olub. Yaxtanın İmperiyanın limanında qeyri-Avropa ölkələrindən birinin bayrağı altında olduğu bildirilir.

Rus oliqarxın 530 milyonluq meqayaxtası müsadirə edildi
Qeyd edək ki, “New Vogue” yaxtası 2021-ci ilin sonunda dəbdəbəli qayıqlar satan ixtisaslaşmış internet saytlarında peyda olub. Məlumata görə o, 2007-ci ildə Türkiyədə tikilib, 50 km/saat sürət yığa bilir. Göyərtəsinə 8 sərnişin və 5 ekipaj üzvü daşımaq qabiliyyətinə malikdir.

Xatırladaq ki, İtaliya hakimiyyəti martın əvvəlindən Ukrayna böhranı ilə əlaqədar Avropa İttifaqının sanksiyalarına məruz qalan sahibkarların 900 milyon avro məbləğində aktivlərini, daşınmaz əmlakını və nəqliyyat vasitələrini dondurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yaxta   İtaliya   Rusiya  



Xəbər lenti