Bildirilir ki, həbs qərarı İmperiya prokurorluğu tərəfindən martın əvvəlində başlayan intensiv məhkəmə və polis araşdırmalarından sonra qəbul edilib. Bu müddət ərzində uzunluğu 30 metrdən çox olan yaxta limandan çıxmaması üçün nəzarət altında olub. Yaxtanın İmperiyanın limanında qeyri-Avropa ölkələrindən birinin bayrağı altında olduğu bildirilir.
Qeyd edək ki, “New Vogue” yaxtası 2021-ci ilin sonunda dəbdəbəli qayıqlar satan ixtisaslaşmış internet saytlarında peyda olub. Məlumata görə o, 2007-ci ildə Türkiyədə tikilib, 50 km/saat sürət yığa bilir. Göyərtəsinə 8 sərnişin və 5 ekipaj üzvü daşımaq qabiliyyətinə malikdir.
Xatırladaq ki, İtaliya hakimiyyəti martın əvvəlindən Ukrayna böhranı ilə əlaqədar Avropa İttifaqının sanksiyalarına məruz qalan sahibkarların 900 milyon avro məbləğində aktivlərini, daşınmaz əmlakını və nəqliyyat vasitələrini dondurub.
Tural Tağıyev
AzVision.az