"Moskvaya qarşı sanksiyalar işə yaramır" - Polşa baş naziri

   "Moskvaya qarşı sanksiyalar işə yaramır" -    Polşa baş naziri
  02 Aprel 2022    Oxunub:1349
Polşanın baş naziri Mateuş Moravetski Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan danışıb.
AzVision.az xəbər verir ki, baş nazir Moskvaya qarşı tətbiq edilən sanksiyaların nəticə vermədiyini deyib.

Onun sözlərinə görə, bunu rublun məzənnəsi sübut edir. Hansı ki, bu yaxınlarda fevralın sonunda kəskin eniş etmiş valyuta geri dönüş edərək qalxıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevral ayında Ukraynada hərbi əməliyyatlara start verəndən sonra artıq iki aydır ki, Moskvaya qarşı müxtəlif səviyyələrdə təzyiqlər olunur. Qərb ölkələri genişmiqyaslı sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatını çökdürməyə çalışırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa   Rusiya   Sanksiya  



Xəbər lenti