Avrokomissar: "Rusiyanın enerji sektoruna sanksiya tətbiq olunmayacaq"

      Avrokomissar:    "Rusiyanın enerji sektoruna sanksiya tətbiq olunmayacaq"
  02 Aprel 2022    Oxunub:790
Avropa İttifaqının İqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni Rusiyanın enerji sektoruna qarşı sanksiyaların nəzərdə tutulmadığını təsdiqləyib.
AzVision.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Rusiyanın enerji sektoruna sanksiya tətbiq olunacağı il bağlı yayılan məlumatları inkar edib.

- Biz əlavə sanksiyalar paketləri üzərində işləyirik. Aydınlaşdırmaq üçün deyim ki, hazırda bunlar enerji sektorunu əhatə etmir. İlk növbədə, biz bu sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmağa çalışırıq, - Avrokomissar deyib.

Qeyd edək ki, bir sıra Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sanksiya   Rusiya  



Xəbər lenti