Britaniyada kəskin qiymət artımı ilə bağlı kütləvi mitinqlər keçiriləcək
"Hərəkatın saytında yayılan məlumatda deyilir ki, "bahalaşmalarla bağlı ictimai qəzəb artır və buna cavabımız güclənir. Artıq hamımızın bir araya gəlib kollektiv müqavimətimizi qurmağın vaxtıdır".
Aksiyaların London, Liverpul və Mançester də daxil olmaqla, ölkənin 25 ən böyük şəhərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Britaniyada qazın qiymətinin kəskin artması fonunda illik inflyasiya son 30 ildə rekord həddə çatıb.
Xatırladaq ki, pandemiyadan sonra Ukraynada müharibənin başlanması da əksər Avropa və ümumilikdə dünya ölkələrində qiymətlərə mənfi təsir etdi. Bu prosesdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da az rol oynamayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


