Məşhur fotoqraf Kiyevdə həlak oldu: "TRT World"lə əməkdaşlıq edib

 Məşhur fotoqraf Kiyevdə həlak oldu:    "TRT World"lə əməkdaşlıq edib
  02 Aprel 2022    Oxunub:947
Ukrayna mediası ölkənin məşhur fotoqraflarından birinin müharibənin qurbanına çevrildiyini yazıb. AzVision.az xəbər verir ki, saytlar polisin aprelin 1-də Kiyev vilayətinin Quta Mejiqorskaya kəndi yaxınlığında fotoqraf və sənədli filmlər rejissoru Maks Levinin meyitini tapması barədə məlumat yayıblar.
Müharibə nəticəsində Ukraynada 5 jurnalist həlak olub, 7-si yaralanıb
"LB.ua redaktoru onun ölümü barədə məlumat yayıb. Levinlə əlaqə martın 13-də itibmiş. Həmin vaxt o, Rusiya təcavüzünün nəticələrini sənədləşdirmək üçün fotoqraf Aleksey Çernışevlə birlikdə Quta Mejiqorskayaya gedib. Elə eyni vaxtda o ərazidə şiddətli döyüşlər başlayıb. Levinin dörd azyaşlı oğlu var. Çernışevin isə harada olması və taleyi hələ də məlum deyil", - məqalədə yazılıb.

Qeyd edək ki, Maks Levin uzun müddət fotojurnalist kimi fəaliyyət göstərib. 10 ildən artıqdır ki, LB.ua-da çalışıb və "Reuters", "BBC", "TRT World", "Associated Press", "Hromadske" ilə əməkdaşlıq edib.
Onun fotolarını dünyanın ən məşhur mediası - "Wall Street Journal", "TIME", "Breaking news Poland", "EU Agenda, "World news", Azadlıq Radiosunda dərc edilib. Onun sənədli layihələrinin əksəriyyəti Ukrayna müharibəsi ilə bağlıdır.
Xatırladaq ki, bundan öncə Nikolayev yaxınlığında ukraynalı hərbi jurnalist Viktor Dudarın həlak olması barədə məlumat yayılmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fotoqraf  



Xəbər lenti