|
| Müharibə nəticəsində Ukraynada 5 jurnalist həlak olub, 7-si yaralanıb |
Qeyd edək ki, Maks Levin uzun müddət fotojurnalist kimi fəaliyyət göstərib. 10 ildən artıqdır ki, LB.ua-da çalışıb və "Reuters", "BBC", "TRT World", "Associated Press", "Hromadske" ilə əməkdaşlıq edib.
Onun fotolarını dünyanın ən məşhur mediası - "Wall Street Journal", "TIME", "Breaking news Poland", "EU Agenda, "World news", Azadlıq Radiosunda dərc edilib. Onun sənədli layihələrinin əksəriyyəti Ukrayna müharibəsi ilə bağlıdır.
Xatırladaq ki, bundan öncə Nikolayev yaxınlığında ukraynalı hərbi jurnalist Viktor Dudarın həlak olması barədə məlumat yayılmışdı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


