Xəstəxana fotosuyla məşhurlaşan qadın girov götürülüb

   Xəstəxana fotosuyla məşhurlaşan qadın   girov götürülüb
  02 Aprel 2022    Oxunub:1317
Ukrayna mediası Mariupolda dağılmış doğum evindəki fotosu ilə məşhurlaşan hamilə qadın haqqında yeni məlumat yayıb. Saytlar Marianna Vışemirskaya adlı həmin qadının artıq ruslar tərəfindən girov götürüldüyünü iddia edirlər.
Ruslar Mariupolda xəstəxananı vurdu, ölən və yaralananlar var - Video
"Obozrevatel"in könüllülərə istinadən yaydığı məlumata görə, onlar Mariannanın qohumlarının xahişi ilə yenicə körpəsi dünyaya gəlmiş həmin gənc ananı xilas edib Ukraynanın nəzarətində olan əraziyə aparmağa çalışsalar da, buna nail ola bilməyiblər. Könüllülər deyiblər ki, “Artıq nəzərə alın ki, o və körpəsi girovdur”.
Bundan öncə rus təbliğatçıları Mariupoldan olan Marianna Vışemirskaya ilə “müsahibə” təşkil etmişdilər. Videoya isə "əl gəzidiblər". İndi işğalçılar cinayətlərinə haqq qazandırmaq üçün Mariannadan istifadə edirlər", - məqalədə yazılıb.

Xatırladaq ki, Ukrayna Rusiyanın martın 9-da Mariupoldakı doğum evinə hava zərbələri endirməsi barədə məlumat yaymışdı. Məlum hücumdan sonra hamilə qadınların möcüzəvi şəkildə sağ qaldığını göstərən dəhşətli fotolar bütün dünyada yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti