"Ukraynadan 4 milyondan çox qaçqın qonşu ölkələrə gedib" - BMT

   "Ukraynadan 4 milyondan çox qaçqın qonşu ölkələrə gedib" -    BMT
  02 Aprel 2022    Oxunub:779
Rusiya ilə müharibə başlayandan aprelin 1-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 137 842 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) bu gün yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, son sutka ərzində 35 891 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 1-dək olan dövrdə Polşaya 2 405 703, Rumıniyaya 629 917, Moldovaya 391 592, Macarıstana 379 988 qaçqın gedib.

AzVision.az


Teqlər:



Xəbər lenti