Almanlar Litvaya “Ozelot” HHM sistemləri yerləşdiriblər

Almanlar Litvaya “Ozelot” HHM sistemləri yerləşdiriblər
  02 Aprel 2022    Oxunub:693
Almaniya bu həftə ərzində Litvaya “Ozelot” özüyeriyən hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli radioya açıqlamasında bildirib.

“Dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya kimi HHM sistemləri əlavə Almaniya qoşunları ilə birlikdə Litvaya yerləşdirilib”, - nazir deyib.

Arvidas Anusauskas Litvaya nə qədər “Ozelot” HHM sisteminin və əlavə Almaniya hərbçilərinin yerləşdirilməsi ilə bağlı dəqiq say açıqlamayıb.

Qeyd edək ki, Litvanın Rukla şəhərinə yerləşdirilmiş “Ozelot” HHM sisteminin “Stinger” raketləri ilə təchiz edildiyi və 20 kilometr məsafədə hədəfləri müəyyən etmək qabiliyyətinə malik olduğu bildirilir.

AzVision.az



Teqlər: Almaniya   Litva   HHQ  



Xəbər lenti