Yəməndə atəşkəs elan olunub

Yəməndə atəşkəs elan olunub
  02 Aprel 2022    Oxunub:950
Yəməndə 8 il davam edən münaqişədən sonra müvəqqəti atəşkəs qüvvəyə minib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, atəşkəs yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başlayıb.

BMT-nin ölkə üzrə nümayəndəsi Hans Qrundberq bildirib ki, husilər BMT-nin və ərəb koalisiyasının müvafiq təklifinə müsbət cavab veriblər. Tərəflər bütün yerüstü, hava və dəniz əməliyyatlarını dayandırmaq barədə razılığa gəliblər.

Ramazan ayı üçün nəzərdə tutulmuş atəşkəs razılığının yenilənə biləcəyəyi də razılaşmada yer alır.

AzVision.az



Teqlər: Yəmən   Atəşkəs  



Xəbər lenti