Tokayevə sui-qəsdin qarşısı alındı

   Tokayevə sui-qəsdin qarşısı alındı
  03 Aprel 2022    Oxunub:806
Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alınıb. Belə ki, qardaş ölkənin xüsusi xidmət orqanları prezident Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini qandallayıblar.
AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, casusun hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

“2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A" respublikasının vətəndaşını saxlayıb”, - xəbərdə deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

AzVision.az


Teqlər:



Xəbər lenti