Peskov: "Uşaqlarım da, mən də çox təəccübləndik"

      Peskov:    "Uşaqlarım da, mən də çox  təəccübləndik"
  03 Aprel 2022    Oxunub:824
Kremlin sözçüsü Dmitri Peskov Qərbin onun övladlarına qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, o, təəccüblənib, lakin bu, Qərb ölkələrinin qeyri-dost münasibətini bir daha təsdiqləyib.
“Düzünü desəm, təəccübləndim. Xüsusilə uşaqlara görə təəccübləndim. Uşaqlar məndən daha çox təəccübləndilər. Ancaq digər tərəfdən, bu, yəqin ki, ölkəmizə qarşı atılan qeyri-dost addımlar haqqında hekayələrimin ən yaxşı təsdiqi idi", - deyə Peskov "Rossiya 1" telekanalının efirində bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, övladları birdən onun dediklərinin hamısının doğru olduğunu anlayıblar.

"Qərbin hərəkətləri bizim genetik kodumuza uyğun gəlmir və buna görə də gənc nəsil üçün anlaşılmazdır".

Xatırladaq ki, 2022-ci il martın 11-də ABŞ hökuməti Dmitri Peskovun ailəsinə qoyulan məhdudiyyətləri elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti