Yeni dopinq: Texnologiya!

// Müasir texnologiyalar idman reallığını dəyişir

   Yeni dopinq:    Texnologiya!
  03 Aprel 2022    Oxunub:1687
İdman yarışları milyardlara başa gəlir, rekordların arxasında illərin gərgin məşqi durur. Bəs texnologiyanın köməyi ilə daha yaxşı nəticə əldə etmək olarsa, onda necə? Əvvəlki yazıda xüsusi texnologiya ilə hazırlanmış müasir geyimlərin idmançılarn işini necə yüngülləşdirməsindən danışmışdıq . Amma məsələ təkcə geyim və ayaqqabı ilə bitmir.
İnventar və təchizat

Alpinistlər üçün “Snowfoot” qar ayaqqabıları naxışlı termoplastik elastomerdən hazırlanmış zərbəyə davamlı neylon altlıqdan və polad dirəklərdən ibarətdir. O, çəkmələrə yapışır, buzlu və yaş qarlı yamacda belə yüngül və sabit hərəkəti təmin edir.

Snowfeet - ölçüləri altlıqdan hündür olmayan dirəksiz xizəklərdir. Onlar şüşə lif ilə gücləndirilmiş möhkəm plastikdən hazırlanır. Tormozlama metal kənarlar və daban hissəsi sayəsində həyata keçirilir. Yaradıcıları ümid edirlər ki, bu xizəklər yeni idman növünün əsasını qoyacaq.

“Bo-Dyn Bobsled Project” 2002-ci il Olimpiadasında amerikalılara bobsley yarışlarında yarış avtomobili kimi xüsusi erqonomikası sayəsində yarım əsr ərzində ilk qızıl medalı qazanmağa kömək etdi. Buzu rekord səviyyədə 3 dərəcə qızdıran (adətən 1-2 dərəcə olur) kerlinq fırçaları Kanadanın kişi və qadın komandalarına 2010-cu il Vankuver Olimpiadasında qızıl və gümüş medallar qazandırdı.

Qacetlər

“Wilson” basketbol topu zərbənin məsafəsini, topun fırlanma sürətini, yaxınlaşmasını və ötürmələri hesablayan sensorla təchiz olunub. İçərisində 200 min atışa bəs edən batareya var. Topla bağlı bütün məlumatlar statistika aparan və oyunçunun taktikasını təhlil edən mobil proqramda əks olunur.

RECCO xizək kostyumlarında qar uçqunlarından xilasetmə sistemi var. Paltarın içərisinə sensor və xüsusi reflektorlar quraşdırılıb. Onlar idmançının yerini dəqiq müəyyən etməyə kömək edir.

“Elan” smart xizəkləri biatlonçuların, xizəkçilərin və slalomçuların sürüşmə dinamikasını izləmək üçün sensorlardan istifadə edir. Bu məlumat həm idmançıların özləri, həm də onların məşqçiləri üçün faydalıdır.

“Snowcookie” dəstinə xizəklərə və slalomçunun gövdəsinə bərkidilmiş 3 sensor daxildir. Süni intellektə əsaslanan sistem bütün ən vacib xüsusiyyətləri idarə edir və onu smartfona ötürür. Onun köməyilə bədən mövqeyindəki səhvləri, dönərkən çiyinlərin həddindən artıq fırlanmasını və ya ombaların hərəkətini asanlıqla aşkar etmək olur.


Amerikalı maneəaşan idmançı Lolo Cons məşq zamanı “Red Bull Project X” layihəsi ilə birlikdə hazırlanmış xüsusi kamera və sensor sistemindən istifadə edir. İdmançı yarışdan əvvəlki məşq etmək üçün 3D hərəkətə gəlmə, yüksək sürətli kameralar və renderin köməyi ilə lazım olan bütün məlumatları alır.

Xizəkçilər, snoubordçular və velosipedçilər üçün “Recon Jet” smart eynəkləri istənilən hava prosessorları, yaddaş, HD kameralar və simsiz interfeyslərlə təchiz olunub. Xizək sürərkən kameralardan biri yola, digəri isə idmançının gözlərinə nəzarət edir. Beləliklə, sistem dönüşləri və maneələri qaçırmadan çətin sahələrə diqqət yetirməyə kömək edir.

UA-JBL idman qulaqcıqlarını “UnderArmour” Alman audio markası JBL ilə əməkdaşlıq əsasında hazırlayıb. Onlar məşq zamanı nəbzi və digər mühüm göstəriciləri ölçür və siqnal verirlər.

“Adidas”ın ağıllı topları “miCoach Smart Ball” futbolçulara zərbələri məşq etməyi öyrədə bilir. “C-Ring Dumbbells” “ağıllı” qantelləri yüklənmədən və yandırılan kalorilərin sayından asılı olaraq işıqlandırmanı dəyişir.

“Under Armour”un “MapMyFitness” proqramı fitnes-trekerlər və digər taxma cihazlarla sinxronizasiya olunur. O, əsas həyati əlamətləri oxuyur, yüklənmələr və məşqlər üçün şəxsi tövsiyələr verir.

“HOVR Connected” idman ayaqqabıları qaçarkən məsafəni və sürətini izləmək üçün GPS naviqasiya sistemi ilə təchiz edilib. “Data Record Sensor” texnologiyası ürək ritmini və digər kritik ölçüləri qeyd və təhlil edir.

Reebok zərbələrin gücünü ölçən və onu müəyyən idman növü üçün icazə verilən maksimum ilə müqayisə edən dəbilqə və əlcəklər istehsal edir.

Texnologiya - yeni dopinqdir?

İdman ictimaiyyətində hələ də bu barədə birmənalı fikir yoxdur. Məsələn, idman texnoloqu Brays Dayer hesab edir ki, qaçışçılar üçün Nike ayaqqabıları bütün yenilikləri ilə bıçaq döyüşündəki silaha bənzəyir. Keçmiş marafonçu Mara Yamauçi onunla razılaşır: böyük idmanda hər kəs tamamilə bərabər imkanlara malik olmalıdır. Eyni fikri İdmançılar Assosiasiyası da bölüşür.

İdman Mühəndisliyi Assosiasiyasının prezidenti Kim Bler bununla razılaşmır. O hesab edir ki, innovasiya həyatımızın hər hansı bir sahəsi kimi müasir idmanın da ayrılmaz hissəsidir. Qaçışçı Eliud Kipşoq əmindir ki, qələbəni Nike ayaqqabısı deyil, inadlı məşqlər qayəsində qazanıb.

Bununla belə, WADA-da və idman federasiyalarında “texnoloji dopinq” haqqında getdikcə daha çox danışırlar. Hesab olunur ki, istənilən cihaz, qacet və təchizat idmançıya nəticəni yaxşılaşdırmağa kömək edən xüsusiyyətlərə malikdir. Onları başqa nə hesab etmək olar?

Bu cür pozuntulara dair müxtəlif misallar göstərmək olar. Məsələn, 1976-cı il Monreal Olimpiadasında sovet idmançısı Boris Onişenko qılıncoynatma zamanı xüsusi qılıncdan istifadə etmişdi. Qılıncın içində tabloda hər bir toxunmanı qeydə almalı olan işığı yandıran düymə varmış. O zaman Onişenko bütün komanda ilə birlikdə diskvalifikasiya edildi.

2016-cı ilin yanvarında belçikalı velosipedçi Femke van den Drişe arxa təkərin fırlanması üçün elektrik mühərrikindən istifadə edərkən yaxalanmışdı. Nəticə 6 il müddətinə cərimə edildi və diskvalifikasiya olundu.

Daha az aşkar edilən hallar da var. Məsələn, 1970-ci illərdə britaniyalı velosipedçi Qrem Obrinin düzəltdiyi qolları uzadılmış və üfüqi sükanı olan velosipedin qadağan edilməsi. Yaxud “LZR Racer” yüngül atletika kostyumuna, “SpeedWyre” slalom kostyumuna və daha çox sürətə imkan verən “Nike Alphafly” ayaqqabılarına qoyulan son qadağalar.

Məşq edərkən qacetlərdən istifadə etmək olarmı? İstidən və soyuqdan qoruyan avadanlıq dopinq sayılırmı? Bəs müxtəlif şəraitə uyğunlaşan və idmançının nəfəs almasını asanlaşdıran vasitələr? Hələlik rahat vasitələrlə texnoloji dopinq arasında sərhəd tam aydın deyil.

Hazırladı: Nadir Qocabəyli
AzVision.az


Teqlər: İdman-texnologiyası  





Xəbər lenti