Bu ölkədə bütün nazirlər istefa verib

   Bu ölkədə bütün nazirlər istefa verib
  04 Aprel 2022    Oxunub:995
Cənubi Asiyada yerləşən Şri-Lankada genişmiqyaslı etirazlar keçirilib.
AzVision.az -ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, kütləvi iğtişaşlar nəticəsində bütün nazirlər istefa verib.

Nazirlər artıq istefalarını Baş nazir Mahinda Rajapaksa təqdim ediblər. Yekun qərar prezident Qotabay Rajapaksa tərəfindən veriləcək.

Xatırladaq ki, Şri-Lanka ağır iqtisadi vəziyyət fonunda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Prezident ölkədə fövqəladə vəziyyət elan edib, komendant saatı tətbiq edib və bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti