Rusiya özünün "Coca-Cola" sını yaratdı
"Slavda" şirkətlər qrupu yeni məhsulun - "Cola Grink" içkisinin istehsalına və satışına başlandığını elan edir. "Grink" içkiləri seriyasına əlavə edilən yeni dad bu həftə mağazalarda təqdim olunacaq" - şirkətin mətbuat xidmətinin media üçün yaydığı bəyanatda deyilir.
Şirkət qeyd edib ki, içki təbii mineral su əsasında hazırlanır və klassik kola dadına malikdir. Yeni brend, rus kolası "Skit" zavodunda 0,5 litr və 1,4 litrlik qablaşdırmada istehsal ediləcək.
Xatırladaq ki, martın əvvəlində Coca-Cola Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.
Tural Tağıyev
AzVision.az