Bild: "Berlin rus diplomatların ölkədən çıxarılmasına bu həftə qərar verəcək"

      Bild:    "Berlin rus diplomatların ölkədən çıxarılmasına bu həftə qərar verəcək"
  04 Aprel 2022    Oxunub:1188
Almaniya rəhbərliyi bu həftə rusiyalı diplomatların ölkədən çıxarılması ilə bağlı qərar verəcək. AzVision.azxəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrinə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Almaniya kansleri Olaf Şolz bu məsələnin üzərində işləməyə göstəriş verib. Söhbət Rusiya diplomatik missiyalarının yüzə yaxın əməkdaşının ölkədən çıxarılmasından gedir.

Xatırladaq ki, bir müddət öncə “Süddeutsche Zeitung” qəzeti məlumat yaymışdı ki, rəsmi Berlin “əhəmiyyətli sayda” rusiyalı diplomatı ölkədən çıxarmaq imkanlarını araşdırır. Bununla belə, nəşrin fikrincə, Almaniya hökumətində bu addımın zəruri və rasional olduğuna dair konsensus və anlayış yoxdur. Qeyd edilir ki, diplomatların qovulması ehtimalına səbəb kimi onların Rusiya xüsusi xidmət orqanlarında işləmək şübhəsi göstərilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Rusiya  



Xəbər lenti