Britaniya "Buça qırğını" ilə bağlı BMT-nin iclasına razılıq verməyib

   Britaniya    "Buça qırğını"    ilə bağlı BMT-nin iclasına razılıq verməyib
  04 Aprel 2022    Oxunub:1145
Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının Ukraynanın Buça bölgəsindəki vəziyyətlə bağlı iclasının keçirilməsinə razılıq verməyib. Rusiya yenidən iclasın çağırılmasını tələb edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Ukrayna ordusu Buça şəhərini azad etdi
O qeyd edib ki, "Dünən ən pis ingilis ənənəsinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniya Buçada vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə razılıq verməyib. Rusiya bu gün yenidən bu şəhərdə Ukrayna hərbçilərinin və radikalların cinayətkar təxribatları əlaqədar BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edəcək”.

Xatıraldaq ki, bu günlərdə KİV Kiyev vilayətinin Buça şəhərindən çəkildiyi iddia olunan dəhşətli video yaymışdı. Görüntülərdə ölən dinc sakinlərin cəsədlərinin yol kənarına səpələnib. Ukrayna mediası Buçada qətliamın yaşandığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti