Yaponiyada iki güclü zəlzələ olub

Yaponiyada iki güclü zəlzələ olub
  04 Aprel 2022    Oxunub:921
Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasında kiçik fasilə ilə iki güclü zəlzələ baş verib.
AzVision.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, aprelin 4-də episentri İşikava prefekturasının Noto rayonunda yerləşən ilk zəlzələ yerli vaxtla saat 10:28-də, ikinci zəlzələ isə 11:18-də qeydə alınıb. Müvafiq olaraq 4,1 və 4,3 bal gücündə olan zəlzələlərin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, martın 16-da Yaponiyanın şimal-şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş vermişdi. Ən güclü təkanlar atom elektrik stansiyalarının yerləşdiyi Fukuşima və Miyaqi prefekturalarında qeydə alınmışdı. Yeraltı təkanlar nəticəsində 4 nəfər həyatını itirmiş, 200-dən çoxu xəsarət almışdı.

AzVision.az



Teqlər: Zəlzələ  



Xəbər lenti