Belçika 99 milyon avroluq dərman ehtiyatını ləğv edir

   Belçika 99 milyon avroluq dərman ehtiyatını ləğv edir
  04 Aprel 2022    Oxunub:899
Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə bira sıra inkişaf etmiş ölkələrin dərmanlara əlçatanlıq məsələsində apardıqları ayrı-seçkilik və vaksin millətçiliyi siyasətinin yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Belçikanın pandemiya ilə mübarizə üçün ehtiyat kimi yığdığı 99 milyon avroluq dərmanın və tibbi vasitələrin istifadə müddəti keçdiyinə görə ləğv etmək qərarı həmin iradların nə dərəcədə haqlı olduğunu göstərir.
AzVision.az “RTBF” kanalına istinadən bildirir ki, Belçikanın ləğv edəcəyi 99 molyon avroluq dərman preparatları, testlərin və fərdi qoruyucu vasitələrin də daxil olduğu tibbi materiallar strateji ehtiyatların bir hissəsidir. Onların əksəriyyətinin istifadə müddəti bitib yə vaxud da tezliklə sona çatacaq.

Eyni zamanda 69 milyon avrodan artıq dəyərində dərman və tibbi vasitələrin aşağı keyfiyyətli məhsullar olduğu da bildirilir. Belçika hökuməti bunu COVİD-19 pandemiyasının lap əvvəlində operativ qaydada alışların həyata keçirilməsi və həmin vaxt farmakalogiya bazarının “optimal şəkildə fəlaiyyət göstərməməsi” ilə izah edir.

Bununla belə, dərman və tibbi vasitələrin bir hissəsinin lazım olduğundan çox alındığı və onların isifadəsinə vaxt çatmadığı vurğulanır. “Kontekst Avropa” Telegram-kanalının məlumatına görə, pandemiya müddətində koronavirusa yoluxanların müalicəsinə yanaşmalar, koronavirusun aşkarlanması və profilaktika metodları dəyişdiyindən bəzi dərmanlara və tibbi vasitələrə ümumiyyəltə ehtiyac qalmayıb.

Belçika hökumətinin 99 milyon avroluq dərmanın və tibbi vasitələrin ləğvi barədə qərarını müxtəlif səbəblərlə əsaslandırmasına baxmayaraq, bir sıra kasıb ölkələrin böyük ehtiyac duyduğu vaxtda onların ehtiyat kimi anbarlara yığılması dərmanlara əlçatanlıq məsələsində ayrı-seçkilik siyasətinin aparıldığını sübut edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Belçika   COVİD-19  



Xəbər lenti