Moravetski Makronu tənqid etdi: “Hitlerlə danışıqlar aparardınızmı?”

   Moravetski Makronu tənqid etdi:    “Hitlerlə danışıqlar aparardınızmı?”
  04 Aprel 2022    Oxunub:845
Polşanın baş naziri Mateuş Moravetski Putinlə müharibəni dayandırmaq üçün “danışıqlara” çalışan Fransa prezidenti Emmanuel Makronu tənqid atəşinə tutub.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər Moravetskinin Avropa İttifaqı ölkələrinin liderlərinə bugünkü müraciətindəki sözlərinə istinadən yazıb.

"Rusiyaya qarşı sanksiyalarda əsas "əyləc" Almaniyadır" - Moravetski
- Prezident Makron, Putinlə neçə dəfə danışıqlar aparmısınız? Nə əldə etdiniz? Baş verən hər hansı hərəkəti dayandırdınızmı? - Moravetski sual edib.

Polşanın baş naziri vurğulayıb ki, cinayətkarlarla danışıq aparmırlar - onunla döyüşürlər.

- Heç kim Hitlerlə danışıqlar aparmadı. Siz Hitlerlə, Stalinlə, Pol Potla danışıqlar aparardınızmı?, - o fikirlərinə əlavə edib.

Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri Makron Putinə ən azı 8 dəfə zəng edib. Onun sonuncu zəngi martın 29-da olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Makron   Putin  



Xəbər lenti