"O, Rusiya texnikası ilə dağıdılmış yola baxış keçirib, yerli sakinlərlə söhbət edib. Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini də bildirib. BBC müxbiri bu gün Buçaya səfəri zamanı Zelenskidən hələ də Rusiya ilə sülhü müzakirə etməyin mümkün olub-olmadığını soruşub. O isə "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik" deyib", - məqalədə yazılıb.
Xatıraldaq ki, bu günlərdə KİV Kiyev vilayətinin Buça şəhərindən çəkildiyi iddia olunan dəhşətli video yaymışdı. Görüntülərdə ölən dinc sakinlərin cəsədlərinin yol kənarına səpələnib. Ukrayna mediası Buçada qətliamın yaşandığını iddia edib.
Tural Tağıyev
AzVision.az