Gülər Əhmədova hansı maddələrlə ittiham olunur?
Baş Prokurorluğun mətbuat xidmətinin rəsmi məlumatında bildirilir ki, Gülər Əhmədova 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib: “Bundan başqa o, Sevinc Babayevanın külli miqdarda özgə əmlakını ələ keçirdiyinə görə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək 26 sentyabr 2012-ci ildə onu Bakı hava limanından İstanbula yola salıb, 26 dekabr 2012-ci ilə kimi qeyri-leqal yaşamasını təşkil edib, tutulmasına aktiv mane olaraq ağır cinayəti gizlədib”.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 178. Dələduzluq
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə
307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(mediaforum)