Norveç ruslara vizaların verilməsini bərpa edir

Norveç ruslara vizaların verilməsini bərpa edir
  04 Aprel 2022    Oxunub:913
Norveçin Moskvadakı səfirliyi may ayında ruslardan turist vizası üçün müraciətləri qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir. Aprelin 4-dən etibarən bütün növ yaşayış icazələri və Şengen vizaları üçün ərizələrin qəbulu da bərpa olunur. Moskva, Sankt-Peterburq və Rusiyanın bir sıra digər şəhərlərindəki VFS viza mərkəzlərində sənədləri təqdim etmək mümkün olacaq.

Fransa aprelin 1-dən Rusiya vətəndaşlarına turist vizalarının verilməsini bərpa edib. Ruslar koronavirusla əlaqədar heç bir məhdudiyyət olmadan səfirliyə viza üçün müraciət edə biləcəklər.


AzVision.az



Teqlər: Norveç  



Xəbər lenti