Polşa baş nazirindən Almaniyaya ağır ittiham

   Polşa baş nazirindən    Almaniyaya ağır ittiham
  04 Aprel 2022    Oxunub:822
Polşanın Baş naziri Mateuş Moraveski Varşavada keçirdiyi mətbuat konfransında Almaniyanı Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinin qarşısını almaqda ittiham edib.
Bu barədə AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir. Baş nazir qeyd edib ki, Avropada vəziyyət çox sadədir: “Zirvələrdə hər şey görünür. Çox güclü sanksiyaların qarşısında əsas əyləc Almaniyadır”. Eyni zamanda o, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyaları dəstəkləməməsi ilə bağlı xəbərləri təkzib edib:

“Orban sanksiyaları ləngitmədi. Əsas böyük ölkələrdir, biznesi üçün, nəticələrindən qorxanlar və bəlkə də başqa bir şeydir. Əsas əyləclər Qərbi Avropanın ən böyük və ən zəngin ölkələridir”.

AzVision.az


Teqlər: Polşa   Almaniya  





Xəbər lenti