“Taliban” Tacikistanı işğal edə bilərmi? – Müsahibə

// Tacik politoloq yeni “qaynar nöqtə”nin yaranacağını istisna etmir

   “Taliban” Tacikistanı işğal edə bilərmi? –    Müsahibə
  04 Aprel 2022    Oxunub:2609
“Rusiya-Ukrayna müharibəsi uzandıqca “Taliban”ın Tacikistanı işğal etmə riski də artacaq. Qeyri-rəsmi məlumatlara görə, Rusiya öz ordusunu xaricdəki, o cümlədən, Tacikistandakı hərbi bazalarından Ukrayna cəbhəsinə aparır. Amma Tacikistan-Əfqanıstan sərhədi də potensial qaynar nöqtə hesab olunur”.
Bu sözləri AzVision.az -a tacik politoloq və şərqşünas Pərviz Mollacanov deyib. O xatırladıb ki, Tacikistanın Əfqanıstanla sərhədyanı rayonlarında sərhəd xətti son dərəcə çətin relyefli yüksək dağlıq rayonlardan keçir:

- 90-cı illərdə Tacikistanda vətəndaş müharibəsi zamanı 17 minlik Rusiya sərhəd kontingentinin səylərinə baxmayaraq, Tacikistan-Əfqanıstan sərhədini tamamilə bağlamaq mümkün olmamışdı. Hazırda beynəlxalq ictimaiyyətin köməyi sayəsində sərhəd möhkəmləndirilib. Taliblər hətta sərhədi keçərək uğurlu həmlə etsələr belə, orada Rusiya baza bölmələrinin ikinci müdafiə xətti olmalıdır. Bununla belə, siyasi sabitlik pozularsa, işğal və sonradan ərazinin içərilərinə uğurla irəliləmək, yeni mövqelərdə möhkəmlənmək kifayət qədər əlverişli ola bilər. Ancaq “Taliban” özü açıq şəkildə hücuma keçməyəcək – qabaqda düşərgələri hazırda sərhəddə yerləşən yaraqlılar və Mərkəzi Asiyanın cihadçı qrupları gedəcək.

- “Taliban” hakimiyyətə gəldikdən sonra Tacikistana ərazi iddiaları irəli sürüb, xəbərdarlıqlar, təhdidlər edib. Taliban kartını Tacikistana qarşı kim və nə məqsədlə oynamağa çalışır?
- Burada üçüncü tərəfin iştirak etdiyini düşünmürəm. Xəbərdarlıq və təhdidlər əsasən Tacikistanın yeni Taliban hökumətinə qarşı sərt mövqeyi, eləcə də Əfqanıstan müqavimət qüvvələrinə siyasi dəstəyi ilə bağlı olub. Hələlik təzyiqlər həm bəyanatlar, həm də onların hərbçilərinin sərhəddə güc nümayişi formasındadır. İndiyədək sərhəddə, bəlkə də Moskva ilə qeyri-rəsmi razılaşmalar sayəsində, hərbi təxribatlar olmayıb.

Eyni zamanda, beynəlxalq ekstremist təşkilatların, ilk növbədə İŞİD, Əl-Qaidə, Cəbhət ən-Nusranın cihadı bütün regiona yaymaq üçün Talibanla qonşu dövlətlər arasında münaqişə yaratmaq maraqları var. Bir tərəfdən cihad başqa ölkələrə yayıla, ancaq Talibanın Əfqanıstan daxilində mövqelərini zəiflədə bilər. Digər tərəfdən, belə bir münaqişə Talibanın beynəlxalq cihadçı hərəkatdan asılılığını artırar.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Taliban   Tacikistan  





Xəbər lenti