Rusiyanın İnsan Haqları Şurasından çıxarılması təklif ediləcək

   Rusiyanın İnsan Haqları Şurasından çıxarılması təklif ediləcək
  05 Aprel 2022    Oxunub:711
ABŞ BMT Baş Assambleyasında Rusiyanın qurumun İnsan Hüquqları Şurasından çıxarılmasını təklif edəcək.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

“Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı yanlışdır və buna görə də hesab edirik ki, BMT Baş Assambleyasının Rusiyanın xaric edilməsi ilə bağlı səsvermənin vaxtı çatıb”, - agentlik Linda Tomas-Qrinfilddən sitat gətirib.

Daimi nümayəndə, həmçinin bildirib ki, Buçadan görüntülər və Ukraynanın hər yerində olan dağıntılar bunun bariz nümunəsidir.

AzVision.az


Teqlər:



Xəbər lenti