Hollandiyada üç azərbaycanlının məzarı aşkarlandı - FOTO

Hollandiyada üç azərbaycanlının məzarı aşkarlandı - FOTO
  15 Aprel 2014    Oxunub:1307
Avropada fəaliyyət göstərən “Azərbaycan dostları” Cəmiyyəti Hollandiyada azərbaycanlı məzarları aşkar edib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Amersfoort şəhəri yaxınlığında İkinci Dünya müharibəsi zamanı həlak olmuş yüzlərlə sovet əsgərinin məzarları var: “Həmin məzarlıqda 3 azərbaycanlı da dəfn olunub. Dosyelərdə hər üç soydaşımızın doğum yeri Azərbaycan, dini inancları isə müsəlman olaraq qeyd edilib. İki soydaşımız (Şənbaba Salmanov, Tahir Vəliyev) nasistlərlə əməkdaşlıqdan boyun qaçırdığı üçün güllələnib. Digər soydaşımızı (Xanbaba Babayev) isə amerikanlar xilas edib, lakin o, ağır xəstə olduğundan dünyasını dəyişib”.

“Azərbaycan dostları” Cəmiyyətinin rəhbəri Elman Mustafazadə bildirir ki, qurum bu günədək Hollandiyanın müxtəlif hərbi məzarlıqlarında 12 azərbaycanlının məzarını aşkar edib.


Teqlər:  





Xəbər lenti