Ağ Ev: "Ukrayna müharibəsinin yeni mərhələsi bir neçə ay davam edə bilər"

      Ağ Ev:    "Ukrayna müharibəsinin yeni mərhələsi bir neçə ay davam edə bilər"
  05 Aprel 2022    Oxunub:738
Rusiya Ukrayna ilə bağlı planlarını dəyişir və müharibənin yeni mərhələsinə hazırlaşır. Bu müharibə isə bir neçə ay və ya daha çox davam edə bilər.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

O qeyd edib ki, Rusiya hazırda Donetsk və Luqansk vilayətlərində Ukrayna qoşunlarına hücum üçün öz qüvvələrini cəmləşdirir. Yəqin ki, onlar Nikolayevin blokadaya alınmasına və Xarkova hücuma davam edəcəklər.
ABŞ rəsmisinin sözlərinə görə, Rusiya qoşunları Ukraynanın şimalından Donbasa yenidən yerləşdirilib. Qeyd edilir ki, çox güman işğalçılar ora sayı on minlərlə olan əlavə batalyonlar yerləşdirəcək.

ABŞ onu da proqnozlaşdırıb ki, Rusiya əvvəlki hərbi uğursuzluqlarını ört-basdır etmək üçün Luqansk və Donetsk vilayətlərinin daha geniş ərazilərini ələ keçirməyə çalışacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti