Ukrayna müharibəsində ölən uşaqların sayı 165-ə çatıb
"Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 431-dən çox uşaq zərər çəkib. 2022-ci il aprelin 5-i səhər saatlarına olan məlumata görə, müharibə nəticəsində 165 uşaq həlak olub, 266 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.
Qeyd olunur ki, bu rəqəmlər yekun statistika deyil. Çünki hüquq-mühafizə orqanları əməkdaşları aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə araşdırmalar aparılması istiqamətində aktiv işlər aparırlar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


