Ukrayna müharibəsində ölən uşaqların sayı 165-ə çatıb

   Ukrayna müharibəsində ölən uşaqların sayı    165-ə çatıb
  05 Aprel 2022    Oxunub:689
Ukraynada genişmiqyaslı müharibə başlayandan indiyədək 165 uşaq ölüb, 266 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

"Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 431-dən çox uşaq zərər çəkib. 2022-ci il aprelin 5-i səhər saatlarına olan məlumata görə, müharibə nəticəsində 165 uşaq həlak olub, 266 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Qeyd olunur ki, bu rəqəmlər yekun statistika deyil. Çünki hüquq-mühafizə orqanları əməkdaşları aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə araşdırmalar aparılması istiqamətində aktiv işlər aparırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti