Rusiyanın yeni itkiləri: 18,5 min heyət, 150 təyyarə

      Rusiyanın yeni itkiləri:    18,5 min heyət, 150 təyyarə
  05 Aprel 2022    Oxunub:941
Ukrayna Rusiya ordusunun müharibədə verdiyi yeni itkilərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı mətbuata yenilənən statistikanı yayıb.
Qeyd edilir ki, rus ordusunun şəxsi heyətinin ümumi döyüş itkiləri təxminən 18,5 min nəfərə çatıb.

Ukrayna Ordusu : "Rus hərbçilər arasında fərarilik halları artıb"
"Bundan başqa, fevralın 24-dən düşmənin verdiyi digər itkilərdə də artım var. 676 tank, 1858 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 MLRS, 55 hava hücumundan müdafiə sistemi, 150 təyyarə, 134 helikopter, 1322 nəqliyyat vasitəsi, 7 gəmi və ya qayıq, yanacaq və sürtkü materialları olan 76 çən, 94 əməliyyat-taktiki səviyyəli Pilotsuz Uçan Aparat (PUA), 25 ədəd xüsusi texnika, və s. Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Baş Qərargahın məlumatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti