Medvedev Buçadakı hadisələri saxta Ukrayna təbliğatı adlandırdı

   Medvedev Buçadakı hadisələri saxta Ukrayna təbliğatı adlandırdı
  05 Aprel 2022    Oxunub:882
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev son vaxtlar Ukraynadakı hərbi cinayətlərlə bağlı yayılan məlumatlara reaksiya verib.
AzVision.az xəbər verir ki, o, Buçadan ölən mülki şəxslərin görüntülərini, Mariupoldakı doğum evinin bombalanması ilə bağlı məlumatları müxtəlif PR agentliklər və QHT-lər tərəfindən pulla hazırlanmış saxta məlumatlar adlandırıb.

- "Kiyev kabusu" -kompüter oyunundan götürülmüş təyyarə təsviri. Rus döyüş gəmisinə təslim olan "öldürülmüş qəhrəmanlar". Mariupol doğum evi, indi də Buça. Onları birləşdirən nədir? Bunlar Ukrayna təbliğatının kinli təxəyyülündə yetişmiş "feyk"lərdir. Çoxsaylı PR agentlikləri, "trol fabrikləri", Qərb hakimiyyətlərinin kurasiya etdikləri və onların əlaltıları olan QHT-lər, - Medvedev sosial şəbəkələrdə yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti