Səfir ABŞ gimnastını təbrik edib

Səfir ABŞ gimnastını təbrik edib
  05 Aprel 2022    Oxunub:776
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıdakı Dünya Kubokunda 5-ci yeri tutmuş idman gimnastı Aleks Diabı təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi feysbuk hesabında paylaşılıb.

Litzenberger Milli Gimnastika Arenasındakı yarışa qatılan bütün idmançılara təbriklərini çatdırıb.

Qeyd edək ki, Aleks Diabı Dünya Kubokunda ABŞ-ı təmsil edən yeganə idmançı olub.

AzVision.az



Teqlər:



Xəbər lenti