Kiyevin itkiləri açıqlandı: 1969 tank, 398 PUA

   Kiyevin itkiləri açıqlandı:    1969 tank, 398 PUA
  05 Aprel 2022    Oxunub:1504
Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri son sutkada Ukraynaya məxsus 4 Pilotsuz Uçan Aparatı(PUA) məhv edib. Ümumilikdə isə hərbi əməliyyatlar başlayandan bəri 400-ə yaxın PUA məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.

Rusiyanın yeni itkiləri: 18,5 min heyət, 150 təyyarə
- Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobaevka, İndustrialnaya, Qurtı və Nijnyaya Krınka yaşayış məntəqələrinin ərazilərində havada 4 pilotsuz uçuş aparatını vurub, - Konaşenkov deyib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 125 təyyarə, 91 helikopter, 398 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1969 tank və digər zirehli döyüş texnikası, 214 reaktiv yaylım atəşi sistemi, 852 səhra artilleriyası silah və minaatan, o cümlədən 1873 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti