Zelenski Buça haqqında: "Qisas qaçılmazdır"

   Zelenski Buça haqqında:    "Qisas qaçılmazdır"
  05 Aprel 2022    Oxunub:923
“Müxtəlif ölkələr fərqli şeylərə zəmanət verməyə hazırdır. Hələlik 100% kömək etməyə hazır olan ölkələrin siyahısını almamışıq. Ciddi oyunçular lazımdır. Bizə 24 saat ərzində istənilən silahı verməyə hazır olan ölkələr çevrəsi lazımdır".
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimr Zelenski bildirib. “Sabah bizə NATO-ya üzvlük təklif olunsa, qəbul edəcəyik. Təəssüf ki, bu, olmayacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Ona görə də həyatımızı qoruyacaq təhlükəsizliyimizə zəmanəti özümüz quracağıq”, - Ukrayna dövlət başçısı qeyd edib.

Ukrayna lideri Buça şəhərində baş verən faciədən sonra Rusiya ilə danışıqları davam etdirməyin vacib olduğunu söyləyib. O, qisasın qaçılmaz olduğunu vurğulayıb: “Bizim insanlara işgəncə vermiş həmin cinayətkarlarlı tapmaq üçün barələrində informasiya toplamağa başlamışıq. Beynəlxalq qanunvericilik bu məsələdə bizə kömək etməzsə, biz onları Ukrayna qanunları ilə mühakimə edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti