AK-nın prezidenti və Jozef Borrel Kiyevə gedəcək

  AK-nın prezidenti  və Jozef Borrel Kiyevə gedəcək
  05 Aprel 2022    Oxunub:1634
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bu həftə Kiyevə səfər edərək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib.

“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bu həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək”, o, “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş gələn şənbə günü Varşavada keçirilməsi planlaşdırılan Ukrayna üzrə donor konfransı ərəfəsində baş tutacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna   Avropa  



Xəbər lenti