Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək
Rusiyanın hərbi doktrinasına görə, nüvə silahı rus dövlətinin mövcudluğuna təhlükə yaradan nüvə hücumunun baş verəcəyi halda Moskva tərəfindən istifadə oluna bilər. Polyanski bildirib ki, “xüsusi əməliyyat” çərçivəsində yaranmış vəziyyət bu mümkün ssenarilarin heç biri ilə uzlaşmır. Mart ayının 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da analoji bəyanatla çıxış etmişdi. Martın 10-da isə Rusiyanın Xarici İşlər nazirliyi “nüvə beşliyi” ölkələrinin nüvə müharibəsinin qeyri-münkünlüyü barədə fikirlə razı olduqlarını açıqlamışdı.
Moskvanın nüvə başlıqlı raketlərlə zərbələr endirə biləcəyi barədə ehtimallar Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yaranmış təhlükəli vəziyyət fonunda səsləndirilməyə başlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


