Onlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qaynar nöqtə hesab edilən Xarkov şəhərindən təxliyə edilərək martın 12-dən Kişinyov şəhərinə yerləşdirilib. Milli Qəhrəmanın həyat yoldaşı müalicə olunmaq üçün səfirlik tərəfindən xəstəxanaya yerləşdirilib, ailəyə hər cür diqqət və qayğı göstərilib.
Milli Qəhrəmanın qızı Oksana Seryogina bildirib ki, Azərbaycanın dövlət başçısı bu çətin dövrdə də onların yanında oldu və Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmaqlarına yardım edildi.
“Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Oksana Seryogina əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


