Qalmaqallı məhkəmə yekunlaşdı: Erməni kursantın qatillərinə 15 il iş kəsildi

    Qalmaqallı məhkəmə yekunlaşdı:    Erməni kursantın qatillərinə 15 il iş kəsildi
  05 Aprel 2022    Oxunub:1763
Ermənistanda daha bir qalmaqallı hərbi cinayət işi yekunlaşdırılıb. AzVision.az xəbər verir ki, İrəvan ümumi yurisdiksiya məhkəməsi çərşənbə axşamı keçirilən iclasda Vazgen Sarkisyan adına hərbi universitetin kursantı Haykaz Barseqyanın qatillərinə hökm oxuyub.
O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Söhbət yeddi il əvvəlki qətldən gedir.

Ermənistan ordusunda biabırçı olay
"Dörd kursant - Qnel Tevosyan, Vaçe Saakyan, Norik Saakyan və Movses Azaryan məhkəmə tərəfindən Haykaz Barseqyanın qətlində təqsirli biliniblər. Onların hamısı on beş il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cinayətkarların əməlini bir qrup şəxs tərəfindən törədilmiş qətl kimi tövsif edib. Bundan əvvəl isə prokurorluq ittiham aktında Qnel Tevosyan və Vaçe Saakyana 20 il, digər iki nəfərə isə 18 il həbs cəzası istəyib. Öldürülən şəxsin atası Arkadi Barseqyan da öz növbəsində ömürlük həbsdə israrlı olub edib", - yerli media yazıb.

Xatırladaq ki, qalmaqallı qətl 2015-ci ilin yanvarında baş verib. Kursantın meyiti hərbi universitetin ərazisindəki dirəkdən asılmış vəziyyətdə tapılmışdı. İttiham tərəfinin fikrincə, kursantlar əvvəlcə öz yoldaşlarını öldürüblər, sonra isə intihar görüntüsü yaratmaq üçün meyiti dirəkdən asıblar. Üstəlik, öldürülən şəxsin cibindən Barseqyanın heç kimi günahlandırmamağı xahiş etdiyi qeydlər də tapılıb. Sonradan istintaq yazının saxtalaşdırıldığını, onun qatillər tərəfindən yazıldığını müəyyən edib.
Təqsirləndirilən Qnel Tevosyanın hərbi universitetin keçmiş direktoru Zarmik Markosyanın oğlu olması səbəbindən cinayət işi böyük əks-səda doğurdu. Faciədən sonra o, vəzifəsindən uzaqlaşdırılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Məhkəmə  



Xəbər lenti