"Stuqna" yla rus helikopterinin vurulma anı - VİDEO

    "Stuqna" yla rus helikopterinin vurulma anı -    VİDEO
  05 Aprel 2022    Oxunub:1473
Ukrayna mediası Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar əməliyyatı əks etdirən videonu dərc ediblər.
Bildirilir ki, 95-ci briqadanın hərbçiləri aprelin 5-də Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında düşmənə məxsus Ka-52 helikopterini Ukrayna istehsalı olan “Stuqna” raketi ilə vurublar.

Mariupolda rus tankının vurulma anı - VİDEO
"Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko sosial şəbəkələrdə məlumat verib. O, "Bu kadrlara baxın! Ən müasir rus helikopteri dişlərinə qədər silahlanmış halda bizim oğlanları öldürmək üçün uçsa da, nəticədə qalıqlara çevrildi" yazıb. Geraşenko həmçinin əlavə edib ki, zərbə nəticəsində iki rusiyalı pilot həlak olub", - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Helikopter  



Xəbər lenti