İspaniya təxminən 25 rus diplomatını ölkədən qovur

 İspaniya təxminən 25 rus diplomatını ölkədən qovur
  05 Aprel 2022    Oxunub:872
İspaniya 25-ə yaxın rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
AzVision.az -ın məlumatına görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

“Bu gün Rusiyanın İspaniyadakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarmaq barədə qərar vermişik. Təxminən 25 nəfəri qovmağa hazırlaşırıq”, - Albarez mətbuat konfransında deyib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, belə addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.

“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, - nazir müavini söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: İspaniya  



Xəbər lenti