Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüşü dəyərləndirib.
Bu barədə
AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir. Peskov bildirib ki, Moskva üçün heç nə dəyişməyib: “Kreml belə bir ehtimalı rədd etmir, ancaq sənədin razılaşdırılmasından sonra”.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş olmaya bilər.
İlkin Nəcəfzadə
AzVision.az