Polşa Amerikadan 250 tank alır

   Polşa Amerikadan 250 tank alır
  05 Aprel 2022    Oxunub:887
Polşa Milli Müdafiə Nazirliyi Amerikanın 250 “Abrams” tankının alınması üçün müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, müqavilə Polşaya ən son modifikasiyalı “M1A2 SEPv3” tankının tədarükünü nəzərdə tutur. Polşa 250 döyüş maşını ilə yanaşı, imzalanmış müqavilə çərçivəsində logistika və təlim paketləri, xüsusən də tank ekipajı simulyatorları alır.

Tankların alınması proqramına ayrılan ümumi məbləğ təxminən 6 milyard dollardır. Polşa hərbçiləri bundan əvvəl bunun Polşa Ordusunun tarixində ən böyük silah alışı olacağını bildirmişdilər. Müdafiə Nazirliyinin rəhbərliyi “Abrams” tanklarının ölkənin şərq bölgəsində, ilk növbədə, 18-ci mexanikləşdirilmiş diviziya və 1-ci tank briqadasında yerləşdiriləcəyini gizlətmir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa   Tank  



Xəbər lenti