Aİ Rusiyadan ağac, kürü və araq idxalını qadağan edəcək

   Aİ Rusiyadan ağac,    kürü və araq idxalını qadağan edəcək
  05 Aprel 2022    Oxunub:1037
Avropa İttifaqı Rusiyadan sement, ağac, rezin və kimyəvi maddələr, o cümlədən kürü və araq idxalını qadağan etmək niyyətindədir. AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” mənbəyə istinadən xəbər verir.
Bundan əlavə, yarımkeçiricilərin və avadanlıqların, o cümlədən mayeləşdirilmiş təbii qazın istehsalı üçün nəzərdə tutulan avadanlıqların Rusiya Federasiyasına ixracına məhdudiyyətlər qoyula bilər. Avropa İttifaqı da sanksiya siyahısını genişləndirmək, ona yeni iş adamlarını, hərbçiləri və siyasətçiləri əlavə etmək niyyətindədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avropa   Rusiya  



Xəbər lenti