Ukraynadakı durum MKS-in heyəti arasında fikir ayrılığı yaratmayıb

Ukraynadakı durum MKS-in heyəti arasında fikir ayrılığı yaratmayıb
  05 Aprel 2022    Oxunub:639
Ukraynada gedən müharibə Beynəlxalq Kosmik Stansiyada(MKS) fəaliyyət göstərən astronavtlar arasında olan münasibətlərə təsir etməyib. AzVision.az xəbər verir ki, xarici KİV bununla bağlı amerikalı astronavt Vande Haydan sitat gətiriblər.
Bildirilir ki, o, Ukraynadakı vəziyyətlə əlaqədar MKS-in ekipajı ilə mübahisə etmədiyini deyib. Vande Hay Rusiyadan olan həmkarlarını “yaxın dostlar” və “gözəl insanlar” adlandırıb.

Qeyd edək ki, MKS-də müxtəlif xalqları təmsil edən kosmonavtlar növbəlilik prinsipi ilə fəaliyyət göstərirlər. Ukrayna müharibəsindən sonra isə Rusiya ilə Qərb ölkələri arasında ciddi narazılıq yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti