ABŞ, Britaniya və Avstraliya birgə hipersəs silahlar hazırlayacaq

      ABŞ, Britaniya və Avstraliya    birgə hipersəs silahlar hazırlayacaq
  05 Aprel 2022    Oxunub:1702
ABŞ, Böyük Britaniya və Avstraliya hipersəs silahları birgə inkişaf etdirmək niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrə görə, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı "hipersəs ortaqlığı"nı elan edə bilər ki, bu da üç ölkənin yaratdığı AUKUS alyansının hərbi imkanlarının genişləndirilməsi kimi başa düşülür.

"ABŞ Moskvanı təxribata çəkməmək üçün gizli raket sınağı keçirib" - CNN
Qəzet qeyd edir ki, AUKUS layihəsinin hipersəs istiqamətində genişləndirilməsi Çinin hərbi qüdrətinin artmasına müttəfiqlərin cavabı kimi həyata keçirilir.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində hipersəs raketlərindən ilk dəfə döyüş meydanında istifadə etdiyi üçün bu tip yeni silahlar dünya gündəminə çevrildi. ABŞ-ın isə martda gizli şəkildə özünün hipersəs raketinin sınağını keçirməsi üzə çıxıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   ABŞ   Çin  



Xəbər lenti